Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb

Venesuela neft hasilatını sutkada 95 min barel azaltmağa razılaşıb


Venesuela OPEK ilə sazişə əsasən 2017-ci ilin əvvəlindən neft hasilatını sutkada 95 min barel azaltmağa razılıq verib. "Report" xəbər verir ki, bu barədə "Reuters" yazıb.

1 yanvar 2017-ci il tarixindən OPEK ölkələri və təşkilata üzv olmayan dövlətlər arasında neft hasilatının ildə təqribən 1,8 milyon barel azaldılması barədə imzalanan müqavilə rəsmi olaraq qüvvəyə minir.

"Beynəlxalq öhdəliklərə xələl gətirməmək üçün 1 yanvar 2017-ci il tarixindən etibarən PDVSA (Venesuelanın Dövlət Neft-Qaz Şirkəti. — Report) və ya onun bölmələri müvafiq razılaşma və şərtlərə uyğun olaraq satış müqavilələrinin həcmini azaldacaq", — deyə Venesuelanın Energetika Nazirliyinin məlumatında bildirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
944 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...