İstanbulda qarlı və şaxtalı hava davam edəcək, məktəblərdə tətil elan olunub

İstanbulda qarlı və şaxtalı hava davam edəcək,


İstanbulda qarlı və şaxtalı hava şəraiti sabah da davam edəcək.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Meteorologiya Baş İdarəsi İstanbulda yağan qarın günorta saatlarından sonra intensivləşəcəyini, gecə saatlarına qədər davam edəcəyini açıqlayıb.

Hazırda İstanbulun müxtəlif yerlərində qarın qalınlığı 10 sm-dən 1 m 22 sm-ə qədər dəyişir. İstanbulun Qartal rayonunda qar örtüyünün qalınlığı 10-15 sm, Çatalca-Subaşında isə 1 m 22 sm-dir. Gecə saatlarına qədər əlavə olaraq 10-15 sm hündürlükdə qarın düçməsi proqnozlaşdırılır.

Eyni zamanda sabah səhər saatlarında Mərmərə bölgəsində sürəti saatda 50-75 km-ə çatan fırtına gözlənilir. Fırtına sabah axşam saatlarından etibarən dayanacaq.

Qarlı, şaxtalı və fırtınalı hava şəraiti ilə əlaqədar sabah İstanbul, Çanaqqala, Balıkəsir və Yalovada məktəblərdə tətil elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
843 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...