Türkiyədə avronun məzənnəsi 4 lirəni ötüb

Türkiyədə avronun məzənnəsi 4 lirəni ötüb


Türkiyədə avronun məzənnəsi tarixi rekord səviyyəyə çatıb. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu gün, yanvarın 10-da TRY/EUR məzənnəsi 4,0068-ə yüksəlib. Həmçinin, dolların məzənnəsi də 3,7780 TRY/USD-yə çataraq yeni rekord müəyyənləşdirib.

Analitiklər dollar və avronun məzənnəsinin son günlərdə kəskin şəkildə yüksəlməsini siyasi sistem mübahisələri, geosiyasi və təhlükəsizlik problemləri ilə izah edirlər. Xatırladaq ki, aprel ayının ilk həftəsində Türkiyədə prezidentlik sisteminə keçidlə bağlı ümumxalq referendumu keçiriləcək. İnvestorlar isə öz növbəsində bu qərarı maliyyə bazarları üçün mənfi hal hesab edirlər. Qeyd edək ki, ilin əvvəlindən Türkiyədə dollar 7%, avro isə 8% bahalaşıb.

"Report"un analitik qrupu ABŞ-ın yeni prezidentinin yanvarın 20-dən sonra verəcəyi qərarların təsiri və aprelin əvvəlində Türkiyədə keçiriləcək referendum gözləntiləri ilə lirənin daha da ucuzlaşacağını proqnozlaşdırır. Cari ilin ilk rübündə dolların məzənnəsinin 4,00 TRY/USD-yə çatacağı, avronun isə bundan artıq olacağı gözlənilir. Qeyd edək ki, qlobal bazarda artıq ilk rübdə dollar/avro məzənnəsinin paritetə yaxınlaşması mümkündür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...