Rusiyanın Türkiyədəki səfirinin qatili adsız qəbiristanlıqda dəfn ediləcək

Rusiyanın Türkiyədəki səfirinin qatili adsız qəbiristanlıqda dəfn ediləcək


Rusiyanın Türkiyədəki səfirinin qatili, qohumlarının cəsədini morqdan götürməkdən imtina etdiyi Mövlud Mert Altıntaş adsız qəbiristanlıqda dəfn ediləcək.

Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.

Agentliyin mənbələri hazırda dəfnlə bağlı prosedur məsələləri həll edildiyini bildirib. Bütün formallıqlar aradan qaldırıldıqdan sonra terrorçunun cəsədini adsız qəbiristanlıqda dəfn edilməsi üçün yerli hakimiyyət orqanlarına təhvil verəcəklər.

Qeyd edək ki, daha əvvəl M.Altıntaşın bacısı ailənin cinayətkarın cəsədini morqdan götürməkdən imtina etdiyini açıqlayıb. Türkiyə qanunlarına görə, qohumları və ya yaxınları M.Altıntaşın cəsədinə 15 gün içərisində sahib çıxmaq imkanına malik olub, amma cəsəd artıq 24 gündür morqdadır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
906 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...