Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək

Türkiyədə dünyanın ən uzun asma körpüsü tikiləcək


Türkiyədə Dardanel boğazı üzərində yeni “Çanaqqala-1915” körpüsünün tikintisinə 24 şirkət maraq göstərib. Trend-in məlumatına görə, bu rəqəmi Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Əhmət Aslan açıqlayıb. Onun sözlərinə görə, şirkətlər arasında türk şirkətləri ilə yanaşı Yaponiya, Çin, Cənubi Koreya və İtaliya şirkətləri də var.

Nazir deyib ki, yeni körpünün tikintisi martın 18-i başlayacaq. Körpünün 2023-cü ildə istifadəyə verilməsi planlaşdırılır. Uzunluğu 2023 metr təşkil edən körpü dünyanın ən uzun asma körpüsü olacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
952 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...