"Tramp Güləni Türkiyəyə verə bilər" - ABŞ səfiri

"Tramp Güləni Türkiyəyə verə bilər" -


“Hazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülən Türkiyəyə təhvil verilə bilər”.

AzVision.az xəbər verir ki, bunu ABŞ-ın Avropa Birliyindəki yeni səfiri Ted Malloch “NTV”yə açıqlamasında deyib.

Səfir Gülənin Türkiyəyə ekstradisiyasının mümkün ola biləcəyini vurğulayıb: “Türkiyədə baş verən dövlət çevrilişinə cəhdlə bağlı bütün məlumatlara malikik. ABŞ prosesin sonunda Güləni niyə ekstradisiya etməsin ki? Obama administrasiyasında lazımi addımlar atılmamışdı. Bu təşkilatın Klinton Fondu ilə bağı olduğu ittihamları irəli sürülüb. Ancaq Tramp rəhbərliyinin Fətullah Güləni ekstradisiya edəcəyini düşünürəm” - deyə əlavə edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
815 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...