“Tramp Putinlə saziş bağlamağa hazırdır” – Ağ Ev

“Tramp Putinlə saziş bağlamağa hazırdır” – Ağ Ev

ABŞ prezidenti Donald Tramp Rusiya ilə terrorizmə qarşı mübarizə, iqtisadi sahədə əməkdaşlıq haqda saziş bağlamağa hazırdır.

Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ağ Evin mətbuat katibi Şon Spayser çıxış edib.

“Donald Tramp aydın şəkildə dedi ki, son bir neçə administrasiyanın etməyə çalışdığı kimi Rusiya ilə müqavilə bağlaya bilsə, belə də edəcək. Edə bilməsə etməyəcək. Ancaq cəhd edəcək” – Spayser belə deyib.

Onun fikrinə görə, Tramp Rusiya ilə münasibətlərdə bir sıra vacib məsələləri həll etmək şansına malikdir:

“Düşünürəm ki, onun biznesmen və vasitəçi kimi uğurları pozitiv işarətdir, bu onu etməyə qadirdir. Əgər İŞİD-ə zərbə endirməklə, terrorizmlə mübarizə bağlı ortaq mövqe tapa bilsək belə də edəcəyik” – Ağ Evin katibi belə deyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
827 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...