Amerikalı alimdən xəbərdarlıq

Amerikalı alimdən xəbərdarlıq

Digər planetlərdə həyat axtarışı Yerdəki real həyata böyük problemlər yarada bilər. Novator.az-ın məlumatına görə, ABŞ-ın Kaliforniya ştatındakı SETİ İnstitutunun alimi doktor Con Rammel belə açıqlama verib. Alim bildirib ki, yad planetlərdə yaşayan mikroorqanizmlər Yer kürəsində canlıların məhvinə səbəb ola bilər.

Rammel kosmik tədqiqatlarla məşğul olan şirkətlərin nümayəndələrini ehtiyatlı olmağa çağırıb. Mütəxəssisin fikrincə, Yer kürəsindən kənardakı məkandan əldə edilən bütün nümunələri qapalı yerdə saxlamaq lazımdır. Bundan başqa kosmosdan Yerə qayıdan bütün kosmik aparatları diqqətlə yoxlamaq və təmizləmək vacibdir. Çünki heç kim digər planetlərdən kosmik gəmi vasitəsilə təsadüfən Yerə düşəcək mikroorqanizmlərin özünü bu planetdə necə aparacağını təxmin edə bilməz.

İnsanlara hər ehtimala qarşı ehtiyatlı olmağı tövsiyə edən Rammel bildirib ki, adamların başqa planetdən gələn virus və infeksiyalara qarşı müqaviməti yoxdur. Alimin fikrincə, digər planetlərdən daxil olan və xəstəlik törədə bilən mikroblara qarşı müqavimətin olmaması Yerdə epidemiyalara gətirə bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
860 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...