"Türkiyəyə qarşı qurulmuş oyunu pozduq" - MHP-dən açıqlama

"Türkiyəyə qarşı qurulmuş oyunu pozduq" -


Türkiyədə Millətçi Hərəkat Partiyasının deputatı Yusuf Halaçoğlu sensasion açıqlama ilə çıxış edib. Avropa.info xəbər verir ki, Halaçoğlu parlamentə sədr seçkiləri zamanı CHP və HDP-nin oyun qurduğunu və MHP-nin bu oyunu pozduğunu bildirib.
"Baykal parlamentin sədri seçilmiş olsaydı bu Türkiyə üçün fəlakət olardı. Bu oyunlar MHP-nin növbəti seçkilərdə barajı aşmaması üçün oyunanılırdı. Biz Dəniz Baykala səs versəydik və seçilsəydi, qurulacaq hökumətdə keçiriləcək konstitusiya dəyişikliyində türklük maddəsi çıxaracaqdı, Bu MHP-nin tərəfindən seçilmiş biri vasitəsilə dəyişdirildiyi üçün partiyamız yıxılacaqdı. Açığı, bu tamaşanı pozduq."


Qeyd edək ki, bir neçə gün öncə, Türkiyə parlamentinə keçirilən sədr seçkilərində CHP və HDP Dəniz Baykala səs vermişdi. MHP isə CHP-nin namizədi Dəniz Baykala səs verməmiş və nəticədə AKP-nin namizədi parlament sədri seçilmişdi.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1149 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...