İrəvandakı aksiyanı dağıdan polislərə cinayət işi açıldı

İrəvandakı aksiyanı dağıdan polislərə cinayət işi açıldı


Ermənistanda elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı aksiyaların dağıdılmasında iştirak edən polislərə cinayət işi açılıb. Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Komitəsi məlumat yayıb. Hüquq mühafizə orqanları əməkdaşları vəzifə səlahiyyətlərini aşmaqda, zorakılıqda və jurnalistlərin professional fəaliyyətinə mane törətməkdə ittiham olunurlar. Qeyd edək ki, iyunun 22-i axşam saatlarından etibarən İrəvanda minlərlə sakin Serj Sərkisyanın iqamətgahı yerləşən Baqramyan prospektini bağlayıblar. Paytaxt sakinləri elektrik enerjisi qiymətlərinin qaldırılmasına etiraz edirdilər.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1369 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...