Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqların aparıldığını bəyan edib

Əfqanıstan prezidenti “Taliban”la rəsmi danışıqların aparıldığını bəyan edib


Əfqanıstan prezidenti Əşrəf Qəni “Taliban” hərəkatının nümayəndələri ilə rəsmi danışıqların aparıldığını bəyan edib. APA-nın “Röyters”ə istinadən verdiyi məlumata görə, danışıqlar Pakistanın paytaxtında baş tutub. Görüşün detalları və nəticələri haqqında məlumat açıqlanmır. Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qazi Xəlilulla bildirib ki, ölkəsi baş tutan görüşü əfqanlar üçün barışıq prosesinin asanlaşdırılması öhdəliyi kontekstində nəzərdən keçirir.

Pakistanın baş naziri Nəvaz Şərif isə İslamabadda keçirilən danışıqları irəliləyiş adlandırıb. Bununla yanaşı o, nizamlanma prosesinin çətinliklərinin olacağını da bildirib. N. Şərifin sözlərinə görə, dünya ictimaiyyəti danışıqlar prosesinə heç kimin mane olmadığını görməlidir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1259 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...