Tiflis yaxınlığında yenidən torpaq sürüşməsi baş verib

Tiflis yaxınlığında yenidən torpaq sürüşməsi baş verib


Tiflis yaxınlığında yerləşən Axaldaba kəndində torpaq sürüşməsi baş verib. APA-nın “Georgia Online” saytına istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində sakinlər xəsarət almayıblar. Bununla belə bundan öncəki sürüşmə zamanı dağılmış və bərpa edilmiş yola, habelə yolun ətrafındakı qaz borusuna ziyan dəyib. Hazırda kəndə qaz verilişi dayandırılıb. Xatırladaq ki, iyunun 14-də Tiflisdə torpaq sürüşməsi ilə müşahidə olunan sel zamanı 19 nəfər həlak olub, 3 nəfər itkin düşüb, onlarla evə ziyan dəyib.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1306 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...