Tramp Venesuela prezidentinin telefon zənginə cavab vermədi

Tramp Venesuela prezidentinin telefon zənginə cavab vermədi

Rəsmi Karakas Nikolas Maduro ilə Donald Tramp arasında telefon bağlantısına dair Vaşinqtona sorğu göndərib, lakin ABŞ prezidenti venesuelalı həmkarının təklifini rədd edib. Bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

“Amerika Birləşmiş Ştatları təqiblər və sıxıntılara məruz qalan Venesuela xalqını dəstəkləyir. Ölkədə demokratiya bərpa olunan kimi, prezident Tramp məmnuniyyətlə Venesuela prezidenti ilə söhbət edəcək”, - məlumatda deyilir.

Ağ Evdən həmçinin bildiriblər ki, ABŞ dəfələrlə Venesuelanı ədalətli seçkilər keçirməyə, siyasi məhbusları azad etməyə, insan haqlarına hörmətlə yanaşmağa çağırıb: “Lakin bütün bu çağırışlar cavabsız qalıb, əvəzində prezident Maduro diktatura yolunu seçib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...