Prezident orduya əmr verdi: ABŞ-ı vurmağa hazır olun

Prezident orduya əmr verdi:
Şimali Koreya lideri Kim Çen İn hərbçilərə əmr verəcəyi halda ABŞ-ın dərhal vurulmasına hazır olmağı tapşırıb.

Axar.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen İn ordunun yüksək rütbəli zabitləri ilə Sakit okeanda yerləşən ABŞ-a məxsus Quam adasının vurulma planlarını müzakirə edib.

“Birləşmiş Ştatlar düzgün qərar qəbul etməlidir. Göstərməlidir ki, Koreya yarımadasında gərginliyi azaltmaq və təhlükəli bir hərbi toqquşmanın qarşısını almaq istəyirlər”, - Kim Çen bildirib.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Şimali Koreya ilə müqayisədə ABŞ ordusunun döyüşə hazır olduğunu bildirmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...