Ermənistan ordusunun zabiti intihar edib

Ermənistan ordusunun zabiti intihar edib
Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun meyiti tapılıb.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın meyiti avqustun 20-də xidmət etdiyi hərbi hissənin ərazisində aşkarlanıb.

Öncə onun nizamnamədənkənar münasibətlər nəticəsində öldürüldüyü bildirilsə də, sonradan A. Mkrtçyanın istifadəsində olan avtomat silahı çənəsinə söykəyərək atəş açmaqla intihar etdiyi məlum olub.

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırılma aparılır.

Ermənistan Müdafiə Nazirliyi 26 yaşlı A. Mkrtçyanın zabit olduğunu açıqlayıb.

Məlumata görə, A. Mkrtçyan əvvəl Yerevan yaxınlığındakı hərbi hissələrdən birində xidmət edib. Oğurluq etdiyinə görə xidmət yeri Mehri şəhərində yerləşən hərbi hissəyə dəyişdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
874 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...