Öcalanın qardaşı: “Anam kürd deyil”

Öcalanın qardaşı: “Anam kürd deyil”

PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın qardaşı Osman Öcalan son müsahibəsində bəzi maraqlı fikirlər səsləndirib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Osman Öcalan Şimali İraqdakı kürd muxtariyyatının lideri Məsud Bərzaniyə yaxın olan “Rudaw” nəşrinə müsahibəsində anasının etnik mənsubiyyəti və 255 sentyabr referendumuna da münasibət bildirib.

Öcalan jurnalistin “Ananızın türk olduğu haqda məlumatlar geniş yayılıb. Bu, doğrudurmu” sualını belə cavablandırıb:

“Ana nənəmizin türk olduğu deyilir. Bəlkə alban, yaxud da başqa millətdəndir. Ana nənəmizin kürd olmadığını bilirəm. Abdullah Öcalan da Keniyada yaxalandığı zaman anamızın türk olduğunu bildirmişdi.

Ancaq qeyd etdiyim kimi, bizim bölgədə müəyyən etnik dəyişikliklər olub. Yəni Balkanlardan gələrək, türk olduqlarını iddia edən insanlar vardı.

Ata tərəfim xalis kürddür. Ancaq ana tərəfimdə kürdlük, assuriyalıq, ərəblik və türklük var; bir az qarışıqdır. Bəlkə də anamın bir tərəfi türkdür. Belə vəziyyətdə onun yüz faiz türk olduğunu söyləmək çətindir”.

Öcalan bildirib ki, həbsdəki PKK lideri Şimali İraqda sentyabrın 25-nə təyin olunan müstəqillik referendumuna müsbət yanaşardı:

“Öcalan bu məsələdə öz tənqidlərini qeyd etməklə yanaşı, referendumda tərəddüdsüz şəkildə “Bəli” cavabını verərdi. Abdulla hər şeyə tənqidi yanaşır. Tənqidləri həmçinin, Bərzanini sabotaj edənlərə qarşı yönəlib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...