Oliqarxlar offşorlara bir trilyon dollar çıxarıb
Zəngin rusiyalıların offor zonalarda gizlədilmiş kapitalı Rusiyanın valyuta ehtiyatlarından üç dəfə çoxdur. Virtualaz.org xəbər verir ki, bu barədə ABŞ-ın milli iqtisadi araşdırmalar Bürosu bildirir. Araşdırmaya əsasən Rusiya vətəndaşları offşor zonalarda ölkənin ümumi daxili məhsulunun 75 faizi həcmində vəsait saxlayırlar. Bu pullar 1995-2015-ci illər ərzində ölkədən çıxarılıb.
Hazırda Rusiyanın valyuta ehtiyatlarının həcmi 350 milyard dollardır. Beləliklə, amerikalı araşdırmaçıların gəldiyi qənaətə görə rusiyalıların offşorlarda 1 trilyon dollardan çox pulu var. Offşorlardakı kapital həcminə görə ölkə daxilindəki maliyyə aktivlərinə bərabədir.
“Varlı rusiyalıların offşor zonalarda saxladıqları pullar Rusiya əhalisinin ölkə daxilində saxladığı bütün aktivlərin həcminə bərabərdir. Bu pullar İsveçrədə, Böyük Britaniyada, Kiprdə və digər offşor mərkəzlərdə saxlanılır”-araşdırmaçılar bildirir.
Amerikalı təhlilçilər qeyd edirlər ki, Rusiyada gəlirlərin bərabərsizliyi ekstremal dərəcədədir, ölkə vətəndaşlarının cəmi 1 faizi bütün gəlirlərin 20-25 faizini əldə edir.
Büro bildirir ki, Rusiyada sərvətlərin konsentrasiyası ötən 20-25 il ərzində artıb və bu göstərici üzrə Rusiya ABŞ, Fransa Böyük Britaniya kimi inkişaf etmiş ölkələri keçib. Lakin eyni zamanda Rusiyada gəlirlərin hədsiz qeyri-bərabər bölünməsi də baş verib.
985 dəfə oxundu