Gecəyarı İrəvan küçələrində polisə silahlı hücum

Gecəyarı İrəvan küçələrində polisə silahlı hücum

Kriminallaşmış Ermənistanın paytaxtı İrəvanda növbəti dəfə silah tətbiq olunub.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, sonuncu fövqəladə hadisə 24 avqust gecəsi baş verib. Saat 04.00-da paytaxtın Ayvazov və Artsax küçələrinin kəsişməsində baş verib.

“Nissan Teana” markalı avtomobillə xüsusi təyinatlı polis taborunun əməkdaşı olan V.Nazaryanın idarə etdiyi “VAZ-2108” markalı avtomobili ötməyə cəhd göstərib. Məlumata görə, “Nissan” sürücüsü işdən evə qayıdan Nazaryanı təqib edib. Bir az sonra odlu silahdan isə polis əməkdaşının maşınına tərəf atəş açıb. Tiqran Mets və Qlinki prospektinin kəsişməsində isə Nissan Teana“nın sürücüsü yenidən silahı işə salıb və atəş açandan sonra gizlənməyə cəhd göstərib. Erebuni post-patrul xidmətinin əməkdaşları isə onu zərərsizləşdirə bilib. Araşdırmalardan sonra məlum olub ki, o, 36 yaşlı İrəvan sakini M.Artur adlı ermənidir. Onun avtomobilindən silah aşkarlanaraq götürülüb. Hədəfdə olan, ancaq güllədən yayına bilən xüsusi təyinatlı polisin isə İrəvandakı post-patrul alayının birinci bölüyünün birinci tağımında xidmət etdiyi bildirilir. Keçən il polis post-patrul alayına silahlı basqınla əlaqədar hazırda İrəvanda məhkəmə prosesi qurulub. Belə bir zamanda həmin alayın əməkdaşına silahlı hücum edilməsi maraqlı məsələdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
833 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...