ABŞ-dan Bərzaniyə sərt reaksiya — "Şiddətlə referendumun əleyhinəyik"

ABŞ-dan Bərzaniyə sərt reaksiya —

ABŞ-ın xarici işlər nazirliyinin mətbuat katibi Nauert Şimali İraq Kürd Muxtariyyatının müstəqillik referendumu ilə bağlı açıqlama verib.

"Ölkə.Az" xəbər verir ki, mətbuat katibi "şiddətlə referendumun əleyhinəyik" deyib.

Nazirliyin sözçüsü yazılı açıqlamasında İraq qonşu ölkələrin hamısının planlaşdırılan referendumun əleyhinə olduğunu qeyd edib: "ABŞ sərt bir şəkildə Şimali İraq Kürd Muxtariyyatının 25 sentyabr müstəqillik referendumunun əleyhinədir. Bağdad və Ərbil arasında müzakirələr aparılmalıdır. Bu referendum keçirilsə, Bağdad ilə müzakirə olmayacaq və bundan başqa beynəlxalq cəmiyyətin müzakirəyə verəcəyi dəstəyə də mane olacaq".

Referendumun kürdlər də daxil olmaqla bütün iraqlılar üçün bir hesabı olacağını vurğulayan Nauert referendum müzakirələrinin İŞİD terror qruplaşmasına qarşı mübarizəyə pis təsir etdiyini qeyd edib.

Açıqlamada deyilir: "Referendum İraq Kürdistanındakı ticari münasibətləri təhlükəyə atır. Referendum İraqın beynəlxalq müttəfiqləri istəməsə də edilən hər növ yardıma təsir edəcək. Bu isə belə çətin bir vəziyyətin ən sadə reallığıdır. Biz iraqlı kürdlərin dərdlərinin həllini Bağdad-Ərbil arasında müzakirələrdə görürük".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1070 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...