Kadir Topbaş istefa verdi

Kadir Topbaş istefa verdi
İstanbul bələdiyyəsinin sədri istefa verdi
İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Kadir Topbaş vəzifəsindən istefa verib.

Virtualaz.org Türkiyə KİV-lərinə istinadən bildirir ki, o, qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb.

K.Topbaş bununla belə Ədalət və İnkişaf Partiyasında (AKP) fəaliyyətini davam etdirəcəyini bildirib: “Müxalifət bunun üzərindən siyasət qurmaq istəyir. Buna heç vaxt icazə vermərəm. Mən bu gündən bələdiyyə sədri vəzifəsindən istefa verdim. Lakin siyasi partiyam ilə ziddiyyətim yoxdur. Mənsub olduğum partiyanın üzvlüyündə qalıram".

Qeyd edək ki, AKP-nin üzvü olan K.Topbaş 2004-cü ildən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri idi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
937 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...