İraq parlamentindən gözlənilən qərar: "Ordu Kərkükə girsin"

İraq parlamentindən gözlənilən qərar:

İraq parlamenti orduya Şimali İraq Kürd Muxtariyyatının ərazisinə qoşun yeritməklə bağli səlahiyyət verib.
Missiya.Az xarici mətbuata istinadən xəbər verir ki, qərarə əsasən İraq qoşunları Kərkük şəhərinə istədikləri vaxt daxil ola bilərlər.

Baş nazir Heydər Əl-İbadi parlamentdəki çıxışında bildirib ki, Bağdad qanun və konstitusiyanın gücü ilə muxtar regionu öz nəzarətinə qaytaracaq. İbadi kürdləri muxtariyyət ərazisindən kənarda yerləşən yaşayış məntəqələrindən imtina etməyə, həmçinin referendumun nəticələrini ləğv etməyə çağırıb. Baş nazir bir daha vurğulayıb ki, Bağdad səsvermənin nəticələrini tanımayacaq.

“Referendumu ləğv etmək və konstitusiya çərçivəsində birbaşa dialoqa başlamaq lazımdır. Biz referendumun nəticələri haqqında qətiyyən danışmayacağıq”, - İraq hökumətinin başçısı bildirib.

İraq parlamentinin qərarı hökumət ordusu ilə peşmərgə (kürd muxtariyyətinin silahlı qüvvələri –red.) arasında genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər. Kərkük valisi Kərim Nəcməddin artıq bildirib ki, təhlükəsizlik gücləri ordunun Kərkükə girməsinə icazə verməyəcək.

Xatırladaq ki, 25 sentyabrda Kürd Regional Hökumətində keçirilən referendumda seçicilərin 91%-i İraq Kürdistanının müstəqilliyinə səs veriblər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
939 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...