Trampın psixi xəstə olmasından bəhs edilən kitab yazdılar
ABŞ-da psixiatr Bendi Linin rəhbərliyi ilə bir qrup mütəxəssis prezident Donald Trampın psixi vəziyyətinə dair kitab yazıb.
APA-nın “The İndependent” qəzetinə istinadən verdiyi məlumata görə, “Donald Trampın təhlükəli halı” (The Dangerous Case of Donald Trump) adlı kitabın hazırlanmasında psixiatrlar, psixoloqlar, linqvistlər, media analitikləri və jurnalistlər iştirak edib. Onların hər biri ayrıca fəsil yazıblar.
Mütəxəssislər bildirir ki, Trampın prezidentliyi ölkədə və onun hüdudlarından kənarda pisixi sağlamlıq üçün görünməmiş nəticələrə səbəb olub. Donald Tramp kitabda dünyanın ən təhlükəli insanı adlandırılır. Müəlliflərin fikrincə, ABŞ prezidentində təhlükəli psixi xəstəlik var və onun ağıldankəm davranışı diqqəti cəlb edir.
Kitabın qiyməti 16,79 dollardır. Oktyabrın 3-dən satış başlayacaq.
Qeyd olunur ki, kitab ABŞ-ın peşəkar psixiatrları arasında neqativ reaksiyaya səbəb ola bilər. Çünki hər hansı şəxsin davranışları əsasında xəstəliklərin simptomlarının müəyyənləşdirilməsi və bunun açıqlanması peşə etikasına və pasiyentin hüquqlarına ziddir.
946 dəfə oxundu