Las-Veqasda ölənlərin sayı 50 nəfərə yüksəldi

Las-Veqasda ölənlərin sayı 50 nəfərə yüksəldi


ABŞ-ın Las-Veqas şəhərindəki “Mandalay Bay” mehmanxana kompleksində baş vermiş atışma nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

Virtualaz.org xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Qeyd edək ki, hadisə nəticəsində 200-dən çox adam yaralanıb.

Las-Veqasdakı qırğın ABŞ tarixində ən kütləvi güllələnmə hadisəsi adlandırılıb.

BREAKING: Las Vegas police say over 50 dead, over 200 injured after gunman opens fire at Mandalay Bay Resort

* * *12:52

ABŞ-ın Las-Vegas şəhərindəki Mandalay Bay kazinosunda keçirilən musiqi festivalı zamanı silahlıların toplaşanlara atəş açmas nəticəsində ölənlərin sayı 20-dən çoxdur. virtualaz.org xəbər verir ki, bu barədə Amerika KİV-ləri polis mənbələrinə istinadən bildirir. Mənbələr yüzdən çox yaralı haqda məlumat verir.

Polisin bildirdiyinə görə yuxarı mərtəbələrdən birində mövqe tutmuş iki silahlı avtomatdan festivala toplaşanlara arası kəsilmədən atəş açıb. Silahlılardan birinin polislə atışmada öldürüldüyü bildirilir. Hakimiyyət hələlik hadisəin motivini açıqlamayıb, lakin baş verənlər İŞİD-in törətdiyi terror hücumlarının dəst-xəttini xatırladır.

virtualaz.org bildirir ki, erməni əsilli amerikalı milyonçu Den Bilzeryan Las-Vegasda silahlıların gülləbaran etdiyi kazinoda olub. O, hadisə anlarının videogörüntülərini paylaşıb.

Dan Bilzerian running from the chaotic scene in #LasVegas


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1205 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...