Fətullah Gülənlə əlaqəsi olan amerikalı diplomat saxlanıldı — İstanbula qalmaqal

Fətullah Gülənlə əlaqəsi olan amerikalı diplomat saxlanıldı —
Türkiyənin İstanbul şəhərində ABŞ-ın baş konsulluğunun əməkdaşı saxlanılıb. "Ölkə.Az" xəbər verir ki, amerikalı diplomat Metin Topuz Fətullah Gülənlə əlaqədə ittiham edilir. Türk məhkəməsinin bəyanatında deyilir: "Saxlanılan Metin Topuz konstitusiyanı pozmaq və Türkiyə Respublikasında hakimiyyəti devirmək cəhdi ilə ittiham edilir".

Bundan başqa, Topuz Gülən tərəfdarları ilə əlaqədə və casusluq fəaliyyətində ittiham edilir. İstintaqın versiyasına əsasən, diplomat 2013-cü ildə rüşvət qalmaqalını araşdıran sabiq prokuror Zəkəriyya Öz və polis zabitləri ilə əlaqədə olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
852 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...