Sarkisyan Soçiyə getdi, İrəvanda aksiyalar başladı - VİDEO

Sarkisyan Soçiyə getdi, İrəvanda aksiyalar başladı -

Ermənistan prezidenti Serj Sarkisyanın Soçidə MDB sammitində iştirak etdiyi bir vaxtda İrəvanda etiraz aksiyası keçirilib.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, "Nairit" zavodunun keçmiş işçiləri parlament binasının qarşısında toplaşaraq hökumətə etirazlarını bildiriblər.

Etirazçıların sözlərinə görə, deputatlarla görüşmək istədikləri üçün aksiya yerini dəyişiblər. Onlar əsas tələblərinin zavodun yenidən bərpa edilməsi olduğunu deyiblər.

Etirazçılar müxalif "Yelk" və "Tsarukyan" ittifaqının deputatları ilə görüşəcəklər. İşsiz qalan sakinlər etiraz aksiyalarını davam etdirəcəklərini bəyan ediblər.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...