Erməni cüdoçu hərbi xidmətdən yayındığı üçün axtarışa verilib

Erməni cüdoçu hərbi xidmətdən yayındığı üçün axtarışa verilib

Rusiyanın Samara şəhərində yaşayan cüdoçu Artur Kroyan Ermənistan Silahlı Qüvvələrində hərbi xidmətdən yayındığı üçün axtarışa verilib.

"Report"un "Volqa Nyus"a istinadən məlumatına görə, Kroyan 2010-cu ildə Türkiyədəki dünya çempionatı ərəfəsində Ermənistanı təmsil etmək üçün vətəndaşlıq alıb. Lakin o, Rusiya vətəndaşlığından imtina etməyib. Həmin vaxt cüdoçudan, pasportuna ölkəni tərk etməsi barədə möhür vurulmasından ötrü hərbi uçota durması tələb olunub. Lakin idmançı uçota durmaqdan boyun qaçırıb və hərbi xidmətini Rusiyada keçib. Bu zaman onun barəsində Ermənistan tərəfindən axtarış elan olunub.

Fevralın əvvəllərində Samara hava limanında həyat yoldaşını qarşıladığı vaxt aeroport əməkdaşları onunla Ermənistan hüquq-mühafizə orqanlarının maraqlandığını diqqətinə çatdırıblar. Hazırda idmançı Ermənistandakı qohumlarına baş çəkmək imkanından məhrum edilib. Məsələnin həlli üçün köməyi isə o, heç bir yerdən ala bilmir.

Kroyan Ermənistanın Moskvadakı konsulluğuna və ombudsman ofisinə müraciət edərək, Ermənistan paspostundan imtina etdiyini bildirib. Lakin onu hərbi xidmət keçməli olduğuna dair xəbərdar ediblər.

Qeyd edək ki, Artur Kroyan cüdo üzrə idman ustası, yeniyetmələr arasında Avropa Kubokunun və Privoljsk Federal Dairəsi üzrə turnirin mükafatçısıdır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
941 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...