İran Əfqanıstanla hərbi əməkdaşlıq edəcək

İran Əfqanıstanla hərbi əməkdaşlıq edəcək

İŞİD-in İraqda yüksəlişi ilə birlikdə beynəlxalq sahədə dəyişən siyasi addımlara bir yenisi də əlavə olunub.

Avropa.info xəbər verir ki, bölgədəki siyasi dəyişikliklər çərçivəsində İran və Əfqanıstan kəşfiyyat sahəsində əməkdaşlığa başlayıb.

İran prezidenti Həsən Ruhani iki ölkənin əməliyyatlar zamanı hərbi əməkdaşlıq da edə biləcəyini bildirib.
İranda rəsmi səfərdə olan Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Görüşdən sonra təşkil olunan mətbuat konfransında Ruhani iki ölkə arasında terror və narkotiklə mübarizə sahələrində əməkdaşlığın inkişaf etdiriləcəyini, həmçinin İranda yaşayan bütün əfqan qaçqınların qeydiyyata alınması məsələsində də razılaşma əldə olunduğunu bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1779 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...