Əhmədinejad İrana 3,5 milyard dollar ziyan vurub

Əhmədinejad İrana 3,5 milyard dollar ziyan vurub

İranda keçmiş prezident Mahmud Əhmədinejadın ölkə rəhbəri olduğu dövrdə - 2009-cu ildə neft gəlirləri ilə bağlı qanunsuzluqlarla əlaqədar dövlətin məruz qaldığı zərəri ödəməsi barədə qərar çıxarıldığı məlum olub.

APA-nın xəbərinə görə, bu barədə İran parlamentinin İCANA informasiya agentliyi məlumat yayıb.

Məlumata əsasən M. Əhmədinejad prezident olduğu, 9-cu və 10-cu hökumətlərin fəaliyyət göstədiyi dövrdə neft məhsulları idxalı və neft gəlirlərindən xəzinəyə pul ayrılması məsələsi ilə əlaqədar dövlətin məruz qaldığı 3,5 milyard dollar vəsaiti ödəməyə məhkum edilib.

Parlamentin Planlaşdırma və büdcə komissiyasının sədri Qolamrza Tacgerdun bildirib ki, M.Əhmədinejadın əmri ilə İran Milli Neft Şirkəti qanuna zidd olaraq neft məhsulları idxal edib və şirkət gəlirlərindən dövlət xəzinəsinə qanunsuz pullar ödənib. G.Tacgerdun qeyd edib ki, bununla bağlı sənədlər araşdırılıb: “Mahmud Əhmədinejad 3,5 milyard dollarlıq zərəri geri ödəməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
947 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...