Obama: “Konqres üzvləri İranla savaşı qızışdırır”

Obama: “Konqres üzvləri İranla savaşı qızışdırır”


ABŞ Prezidenti Barak Obama Konqress üzvləri haqda səsləndirdiyi fikirlərlə dünya mətbuatının gündəminə gəlib.

Axar.az “Vaşinqton Post”a istinadən xəbər verir ki, Obama İranın nüvə sazişinin əleyhinə olan Konqress üzvlərini “İranla müharibəni qızışdıranlar” adlandırıb.

Yəhudi təşkilatları ilə baş tutan canlı yayım zamanı Obama bu fikrə aydınlıq gətirib: “Mən təxminən bilirəm, kimlər İranla müharibəni qızışdırır, müharibəyə can atır”.

Prezident çıxışı zamanı nüvə sövdələşməsinin Tehranın öz nüvə silahının yaratmasının qarşısının alınması üçün ən yaxşı diplomatik addım olduğunu da qeyd edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1062 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...