Suriyada döyüşən azərbaycanlılara hökm oxundu

Suriyada döyüşən azərbaycanlılara hökm oxundu


Bakı Ağır Cinayətlər MəhkəməsindəSuriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşları Elşən Qurbanlı, Bəhruz Rəsulov, Nadir Əlixanov, Kamran Əzizov, Tural Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Bəhruz Rəsulov 12 il, Nadir Əlixanov 13 il, digər təqsirləndirilən şəxslərin hər biri isə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1080 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...