Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı


Avropa İttifaqına üzv dövlətlərin daimi nümayəndələri Rusiyaya qarşı tətbiq olunan sanksiyaların müddətinin 2016-cı ilin martına qədər uzadılması barədə qərar qəbul ediblər.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Aİ-nin daimi nümayəndələr komitəsi bu gün keçirilən toplantıda Ukraynanın ərazi bütövlüyü və suverenliyinə qarşı əməllərlə bağlı sanksiya tətbiq olunmuş fiziki və hüquqi şəxslərə qarşı sanksiyaları daha 6 ay qüvvədə saxlamağı qərara alıb. Komitənin texniki qrupu bununla bağlı hazırlıq işləri aparacaq və Aİ xarici işlər nazirləri Şurasının sentyabrın 15-də keçiriləcək iclasında qərar rəsmiləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1174 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...