Saakaşvili: "Özümü Ukraynanın baş naziri kimi görmürəm"

Saakaşvili: "Özümü Ukraynanın baş naziri kimi görmürəm"


Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın baş naziri vəzifəsini icra edə biləcəyini düşünmür. "Report"-un TASS agentliyinə istinadən xəbərinə görə, Saakaşvili qeyd edib ki, hazırki dövrdə hökümət başçısı olmaq üçün ilk növbədə maliyyə sisteminə yaxşı bələd olmaq tələb olunur.

Onun sözlərinə görə, Ukraynada hakimiyyət bütünlüklə iflic olub və bütün səviyyələrdə "yenilənməlidir”. Qeyd edək ki, Ukrayna Prezident Administrasiyasının yeni təşəbbüsünə əsasən, ölkədə istənilən məsələnin müzakirəsi üçün azı 25 min nəfərin dəstəyi tələb olunur. Bu məqsədlə xüsusi sayt da fəaliyyətə başlayıb. Son təkliflər arasında isə Mixail Saakaşvilinin baş nazir postuna təyin olunması təşəbbüsü yer alıb. Bu təklifə artıq 44 min Ukrayna sakini səs verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1123 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...