İnterpol Türkiyədən qaçan prokurorların axtarışından imtina etdi

İnterpol Türkiyədən qaçan prokurorların axtarışından imtina etdi


İnterpol Türkiyənin sorğusu ilə bu ölkədən qaçan iki keçmiş prokurorun təşkilatın xətti ilə beynəlxalq axtarışa verməkdən imtina edib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, Türkiyə tərəfi Zəkəriyye Öz v Cəlal Karanın tanınmış din xadimi Fəthullah Gülənin terror strukturunun üzvləri olduqlarını iddia edərək, onların beynəlxalq axtarışa verilməsini tələb edib. İnterpol isə imtinanın səbəbini beynəlxalq sistemdə belə strukturun qeydiyyata alınmadığını izah etməklə təşkilatın Türkiyənin əlində siyasi alətə çevrilməyəcəyini bəyan edib.

Zəkəriyye Öz İstanbulun baş prokuroru postundan bu il mayın 12-də uzaqlaşdırılıb. 2013-cü il dekabrın 17-də ölkədəki böyük korrupsiya qalmaqalına görə onun vəzifəsi kiçildilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...