​Birləşmiş Ərəb Əmirliyi həlak olan 45 əsgərinə 3 gün yas tutacaq

​Birləşmiş Ərəb Əmirliyi həlak olan 45 əsgərinə 3 gün yas tutacaq


Bu gündən Birləşmiş Ərəb Əmirliyində (BƏƏ) 3 günlük matəm elan olunub. "Report" xəbər verir ki, bu haqda "WAM" dövlət agentliyi məlumat yayıb. Xəbərə görə, dövlət bayrağı endirilib, məlumata əsasən, 3 gün matəm mərasimləri keçiriləcək.
BƏƏ hakmiyyətinə Misir, Səudiyyə Ərəbistanı, Qətər, Mərakeş, Küveyt, İordaniya, Bəhreyn, Yəmən və başqa dövlətlərin liderləri baş sağlığı verib. Bir müddət əvvəl isə ABŞ-ın dövlət katibi Con Kerri əmirlikdən olan həmkarı Abdullah ben-Zaid əl-Nahayanuya telefonla baş sağlığını çatdırıb.

Qeyd edək ki, ötən gün Yəmənin Marib əyalətinin qiyamçılar tərəfindən raket atəşinə tutulması nəticəsində BƏƏ-nin 45 əsgəri həyatını itirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1136 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...