​İranda 5 800 il əvvəl yaşamış insanın skeleti aşkar olunub

​İranda 5 800 il əvvəl yaşamış insanın skeleti aşkar olunub


İran arxeoloqlarının qənaətinə görə, onlar 5800 il bundan əvvəl yaşamış insanın skeletini aşkar ediblər. "Report" TASS-a istinadən xəbər verir ki, sözügedən insan skeleti Pars vilayətinin paytaxtı Şiraz şəhərindən təxminən 20 kilometr şimalda yerləşən Lapuyi təpələrində qazıntı işləri zamanı aşkar edilib.

Arxeoloqlar skeletin 30-35 yaşında ölən kişiyə məxsus olduğunu bildirirlər. Arxeoloji qrupun rəhbəri Nouruz Rəcəbi IRNA agentliyinə müsahibəsində skeletin quru torpaqda qalaraq yaxşı vəziyyətdə olduğunu bildirib və tapıntının o dövrdə bu ərazidə yaşamış insanların həyat tərzi və məişəti haqqında çox məsələlərə aydınlıq gətirə biləcəyini deyib.

Arxeoloq qeyd edib ki, yaxınlıqdakı kəndlər eramızdan əvvəl 3700-3300 illərdə salınıb və bu da regionda tarixi sivilizasiyanın formalaşmasını bir daha təsdiqləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1247 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...