İŞİD əcnəbi girovları satır

İŞİD əcnəbi girovları satır


İraq və Şam islam Dövləti (İŞİD) terror təşkilatı girov götürdükləri iki əcnəbi – Norveç və Çin vətəndaşlarını satışa çıxardıb.

Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir. Məlumata əsasən terrorçuların əlində 48 yaşlı Yohan Qrimsqraad – Ofstad və 50 yaşlı Çin vətəndaşı Fan Çzinhueydir. Terrorçular onların azad olunması üçün pul tələb ediblər. Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan edib. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1114 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...