Saakaşvili Gürcüstana qayıdacağını bəyan etdi

Saakaşvili Gürcüstana qayıdacağını bəyan etdi

Hurriyyet.org xəbər verir ki, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulan yerli hakimiyyət orqanlarına seçkilərdə iştirak eləmək üçün vətənə qayıdacaq. Siyasətçi bu xəbəri tərəfdarlarına videomüraciətində səsləndirib.

Saakaşvili deyib: “Qərarımı sizə bildirmək istəyirəm. Mən, Mixail Saakaşvili bu referendum başlamazdan əvvəl Gürcüstana gələcəyəm… Mən hökmən bu prosesin birbaşa iştirakçısı olacağam”.

Saakaşvili referendum dedikdə yerli hakimyyət orqanlarına seçkiləri nəzərdə tutduğunu söyləyib. Çünki hakimiyyət ilə müxalifət tərəfindən imzalanmış razılaşmanın şərtlərindən birinə görə, seçkilər zamanı hakim partiya əhalinin müəyyən hissəsinin etimadını qazanmasa, gələn il növbədənkənar parlament seçkiləri keçiriləcəkdir.

Saakaşvili əsasını qoyduğu “Vahid Milli Hərəkat” partiyasının üzvlərini yalnız partiyanın sədri Niki Meliya azad edildikdən sonra “Gürcü arzusu” ilə razılaşma imzalamağa çağrıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
855 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...