Fransada COVID-19-la bağlı məhdudiyyətlər mərhələli şəkildə ləğv olunacaq

Fransada COVID-19-la bağlı məhdudiyyətlər mərhələli şəkildə ləğv olunacaq
Fransada COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində tətbiq olunan komendant saatı ləğv olunacaq.

APA-nın “LeParisien”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fransa Prezidenti Emmanuel Makron bildirib.

O deyib ki, pandemiya ilə əlaqədar ölkədə tətbiq olunmuş məhdudiyyətlərin ləğvi dörd mərhələdə həyata keçiriləcək.

Fransa Prezidentinin sözlərinə görə, Fransada mayın 19-da bütün mağazaların, iyunun 9-da isə kafe və restoranların fəaliyyəti bərpa olunacaq.

E. Makron qeyd edib ki, iyunun 30-da komendant saatı aradan qaldırılacaq. Həmçinin 1000-dən çox şəxsin iştirakı ilə tədbirlərin keçirilməsinə icazə veriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...