Mahmud Əhmədinejad yenidən İran prezidenti olmaq istəyir
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Modern.az İran mətbuatına istinadən xəbər verir ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzini ziyarət edib, qeydiyyat formalarını doldurub.
Mahmud Əhmədinejad 2005-2013-cü illərdə prezident postunu tutub.
Qeyd edək ki, 2016-cı ildə ali dini rəhbər Ayətullah Əli Xamenei Əhmədinejadın prezidentliyə namizəd olmasını qadağan etmişdi, baxmayaraq ki, o həmin vaxt da qeydiyyatdan keçmişdi. Amma sonda Qəyyumlar Şurası onu seçki prosesindən kənarlaşdırmışdı.
Xamenei budəfəki seçki prosesində heç bir namizədə qarşı çıxmayacağını söyləyir, amma buna baxmayaraq Qəyyumlar Şurası Əhmədinejadın namizədliyini əngəlləyə biləcəyi söylənilir.
İran konstitusiyası bir şəxsin üç dəfə ardıcıl olaraq bu vəzifədə çalışmasını qadağan edir, lakin 2013-cü ildə Həsən Ruhani prezident olduğu üçün Əhmədinejadın bu vəzifə uğrunda yarışmaq şansı var.
İranda namizədlər üçün mayın 11-də başlanmış qeydiyyat prosesi 5 gün çəkəcək. Bundan sonra müraciətlər Qəyyumlar Şurası tərəfindən yoxlanacaq.
Şura mayın 27-də namizədlərin siyahısını açıqlayacaq və 20 günlük seçki kampaniyasına start veriləcək. Seçkinin iyunun 18-də keçirilməsi planlaşdırılıb.
Hazırkı prezident Həsən Ruhani iki müddət ardıcıl bu postda olduğundan namizədliyini təkrar verə bilməz.
1514 dəfə oxundu