Atəşkəsdən sonra Qüdsdə İsrail polisi və fələstinlilər arasında qarşıdurma olub

Atəşkəsdən sonra Qüdsdə İsrail polisi və fələstinlilər arasında qarşıdurma olub

Qüdsdə Məbəd dağında İsrail polisi və fələstinlilər arasında qarşıdurma olub.

APA-nın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, polis fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, rezin güllələrdən atəş açıb.

İsrail polisindən bildirilib ki, Məbəd dağında toplaşan yüzlərlə gənc polislərə daş və “Molotov kokteyli” atıb.

“Əl Cəzirə” telekanalı isə Əl-Əqsa məscidində ibadət edən şahidlərə istinadən bildirib ki, cümə namazından sonra bir çox fələstinli HƏMAS və İsrail hökuməti arasında atəşkəsi qeyd etmək üçün ərazidə qalıblar.

“Onlar bu hadisəni qeyd edir, mahnı oxuyurdular, bu zaman bir dəstə İsrail polisi bu əraziyə girdi, izdihama nəzarət etmək üçün hər zaman istifadə etdikləri tüstü bombaları, gözyaşardıcı qaz istifadə etməyə başladılar”, - deyə şahidlər bildirib.

Xatırladaq ki, İsrail və HƏMAS arasında mayın 10-dan qarşıdurma başlayıb. Ötən gün Misirin vasitəçiliyi ilə atəşkəs əldə olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
733 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...