Bu ölkənin prezidenti, baş naziri və müdafiə naziri həbs olundu

Bu ölkənin prezidenti, baş naziri və müdafiə naziri həbs olundu
Malidə ölkənin müvəqqəti prezidenti Bah Ndau, baş naziri Moktar Uana və müdafiə naziri Süleyman Dukara hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunublar.
Yeniavaz.com "Sözcü"yə istinadən xəbər verir ki, onlar paytaxt Bamakodan kənarda yerləşən Kati qarnizonuna aparılıblar.
Qeyd edək ki, ötən il də bu ölkədə çevriliş olmuş və ölkənin prezidenti İbrahim Bubakar Keyta hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılmışdı. Keyta dövlət televiziyası vasitəsilə istefa verdiyini açıqlamış və bir neçə gündən sonra azadlığa buraxılmışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...