Gürcüstanda məhdudiyyətlərin yenidən tətbiqi gözlənilir

Gürcüstanda məhdudiyyətlərin yenidən tətbiqi gözlənilir
“Gürcüstanda yaranmış epidemioloji vəziyyətlə bağlı müəyyən məhdudiyyətlərin tətbiq olunacağı istisna edilmir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Ekaterine Tikaradze “İmedi” telekanalına müsahibəsində deyib.

O, hansı məhdudiyyətlərin nəzərdən keçirildiyini dəqiqləşdirməyib.

Nazir müavini Tamar Qabuniya isə öz növbəsində bildirib ki, məhdudiyyətlər əyləncəli tədbirlərlə bağlı ola bilər: “Epidemioloji vəziyyət pisləşir, infeksiya sürətlə yayılır və fəal müdaxilə olmadan temp azalmayacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
973 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...