"Tezliklə prezident postundan gedəcəyəm" - Lukaşenko

"Tezliklə prezident postundan gedəcəyəm" -
“Lukaşenkonun vəzifəsindən gedəcəyi vaxtı axtarıb tapmağa ehtiyac yoxdur. Tezliklə bu, olacaq”.

Unikal.org xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalistlər və ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

“Mən bu ölkədə böyümüşəm. O mənimdir. Təqaüdə çıxmaq və başqa bir işlə məşğul olmağı təsəvvür edə bilmirəm. Lakin bu, o demək deyil ki, mən vəzifə kürsüsündən dördəlli yapışmışam. Yox. Məndən sonra da adamlar gələcək. Hətta tezliklə. Ancaq siz bu dəyişikliyin vaxtı ilə bağlı narahat olmayın. Lukaşenkonun nə vaxt gedəcəyini tapmacaya çevirməyin. Bu, çox tezliklə olacaq”, - deyə Aleksandr Lukaşenko bildirib.

Belarus Prezidenti bildirib ki, bir il əvvəl ölkə siyasi təlatüm yaşadı və həmin hadisələr ölkəyə başçılıq edə biləcək 15-20 nəfərin olduğunu sübut etdi.

Qeyd edək, Aleksandr Lukaşenko 1994-cü il iyunun 20-dən Belarusun prezidentidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
758 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...