Qlobal istilərə görə yoxa çıxacaq ölkələr açıqlandı

Qlobal istilərə görə yoxa çıxacaq ölkələr açıqlandı

Qlobal istiləşmə nəticəsində Sakit okeandakı bəzi ada dövlətləri yaşamaq üçün yararsız hala gələcək.

Bu barədə “The Guardian” məlumat yayıb.

Bu ərazilər uzun müddətdir ki, güclü dəniz qabarmalarından, uzun müddət davam edən quraqlıqlardan və güclü siklonlardan mənfi təsirlənib. Həmçinin bu ölkələrdə qurunt suların şoranlaşması müşahidə olunur ki, bu da əkinçiliyə ziyan vurur.

Digər bir əlverişsiz amil Dünya Okeanının səviyyəsinin yüksəlməsidir, buna görə bir çox adalar tədricən su altında qalır. Qeyd olunur ki, bu cür təbii hadisələr getdikcə daha çox qlobal istiləşmə fonunda baş verəcək.

Xüsusən Kiribati, Vanuatu və Solomon Adaları kimi yerlərin yaşamaq üçün əlverişsiz hala gələcəyi vurğulanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...