ABŞ OPEC-i istehsalı artırmağa çağırdı
ABŞ qlobal iqtisadi dirçəliş üçün təhdid olaraq görülən yüksək maye yanacaq qiymətləri ilə mübarizə üçün Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və OPEC-dən kənar bəzi istehsalçı ölkələrdən təşkil olunan OPEC qrupuna neft istehsalını artırmaqla bağlı çağırış edib.
Cebhe.info xəbər verir ki, bu barədə ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan məlumat yayıb.
Bildirilib ki, yüksək qoiymətlər nəzarətdə saxlanılmadığı təqdirdə davam edən qlobal dirçəlişə zərər vermə riski daşıyır:
“Xam neft qiyməti COVID-19 pandemiyası başlamazdan əvvəl – 2019-cu ilin sonunda olduğundan daha yüksəkdir. OPEC yaxın zamanda istehsal artımlarında razılığa gəlsə də, bu artımlar OPEC-in pandemiya dönəmində tətbiq etdiyi əvvəlki istehsal azalmalarını 2022-ci ilədək kompensasiya etməyəcək.
OPEC tərəfdaşı olmamağımıza rəğmən, ABŞ milli iqtisadi və təhlükəsizlik məsələlərimizə təsir edən vacib mövzularla əlaqədar ictimai və özəl sahədə hər zaman beynəlxalq tərəfdaşlarla danışacaq.
Qiymətlərin müəyyənləşdirilməsində rəqabətçi bazarların vacibliyi məsələsi ilə bağlı OPEC üzvləri ilə danışıqlardayıq. Rəqabətçi enerji bazarları etibarlı və sabit enerji təchizatını təmin edəcək və OPEC dirçəlişi dəstəkləmək üçün daha çoxunu etməlidir”.
548 dəfə oxundu