Baydenin oğlu: "Rusiyalı narkotacirlər noutbukumu oğurladı..."
ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Bayden şəxsi noutbukunun rusiyalı narkotacirlər tərəfindən oğurlandığından şübhələnir. Bunu, o, “Daily Mail” tərəfindən yayımlanan videoda danışıb. Video 2019-cu ildə çəkilib.
Internetdə yayılan görüntülərdə Hunter fahişə ilə birlikdədir. Videoda, o, 2018-ci ildə Las Vegasda 18 gün ərzində necə əyləndiyini danışır - belə əyləncə bir gecədə 10 min dollara başa gələ bilər. Hanter belə şənliklərin birində huşunu itirdiyindən şikayətlənib. Ayılanda isə noutbukunun yanında olmadığını görüb.
Amerika liderinin oğlu oğurluqda o zaman vaxt keçirdiyi "rusiyalı narkotacirləri" günahlandırıb. O əmindir ki, bunun üçün narkotacirlər onu qəsdən yatırıblar. Belə ki, noutbukda şantaj üçün istifadə edilə bilən məlumatlar var. "İndi onlarda mənim seks-videom var", - Hanter şikayətlənib.
Qeyd edək ki, bu Hanterin başına gələn ilk belə hadisə deyil. Əvvəlki kompüteri təmirə veriləndən sonra itib. Daha sonra naməlum şəxslər onu açıb və Baydenin bir neçə telefon danışığını yayımlayıb.
552 dəfə oxundu