Ermənistan naziri Zəngəzur dəhlizinə tərəfdardır

Ermənistan naziri Zəngəzur dəhlizinə tərəfdardır

"Bölgədəki kommunikasiyaların açılacağı təqdirdə, dəmiryolu Naxçıvan, Meğri və İcevandan keçəcək".

Bunu yerli jurnalistlərə açıqlamasında ərazi inkişaf və infrastruktur naziri Gnel Sanosyan bildirib.

"Kommunikasiyaların açılmasından nəinki biz, həm də bölgədəki ölkələr faydalanacaq. Məsələn, dəmir yolundan danışsaq, infrastruktur qurulmadan buna nail olmaq mümkün deyil, çünki dəmir yolunun olmadığı hissələr var, yeniləri tikilməlidir", - Sanosyan əlavə edib.

Onun sözlərinə görə, bu halda istiqamətlər SSRİ vaxtında olanlarla eyni olacaq.

"Sovet dövründə İcevandan da dəmir yolu keçirdi. Güman edirik ki, bölgədə sülh hökm sürərsə və kommunikasiyaları tamamilə aça bilsək, bu sahələrdə işləmək iqtisadi cəhətdən sərfəli olacaq”.

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin açılması bəndi 9 (10) noyabr tarixli Moskva müqaviləsinə daxil edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...