Koronanı ilk yayan adamı tapdılar – O əslində nə yarasa yeyib, nə də...

Koronanı ilk yayan adamı tapdılar –
Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) koronanın mənşəyi ilə bağlı apardığı işlərin əhəmiyyətli bir hissəsini tamamlayıb.

Azxeber.com "Guardian"a istinadən xəbər verir ki, araşdırmanın rəhbəri professor Embarek, xəstəliyə ilk yoluxanın Çinin Vuhan şəhərindəki Virologiya İnstitutunun əməkdaşı olması ehtimalınının yüksək olduğunu söyləyib.

ÜST-ün yaratdığı tədqiqatçılardan ibarət heyət Vuhan şəhərindəki bütün ocaqları tək-tək yoxlayaraq bu qənaətə gəliblər.

Professor Embarek yanvar ayından başlayan araşdırmanın nəticələrini ictimaiyyətə açıqlayarkən önəmli detalları açıqlayıb. Onun sözlərinə görə, virus adi insandan çox yoluxmuş hansısa tədqiqatçıdan və ya laborotoriya əməkdaşından yayıla bilər. O, son olaraq Vuhan şəhərindəki Virologiya İnstitutunu hədəf olaraq göstərib və Çin rəhbərliyinin bu məsələni təcili araşdırmalı olduğunu qeyd edib.

Embarek öz heyətinin apardığı araşdırmanın nəticələrində daha bir maraqlı məqama toxunub. O, yarasa yeyən adamın ilk virusa yoluxması iddialarının hamısının cəfəngiyat olduğunu və belə bir faktın əslində qeydə alınmadığını deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...