“Əşrəf Qanini təqib etməyəcəyik” - “Taliban”

“Əşrəf Qanini təqib etməyəcəyik” -
“Əşrəf Qanini təqib etməyəcəyik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” qruplaşmasının nümayəndəsi Xəlil Ür-Rəhman Hakkani söyləyib.

Onun sözlərinə görə, “Taliban”la Əşrəf Qani və vitse-prezident Əmirulla Saleh arasında düşmənçilik yoxdur: “Onlar Əfqanıstanda yaşaya bilərlər”.

Nümayəndə həmçinin Əfqanıstan xalqına çağırış edib. O, insanları təbliğata uymamağa və ölkəni tərk etməməyə çağırıb.

Hakkani etnik mənsubiyyətindən asılı olmayaraq hamının Əfqanıstanda sakit yaşaya biləcəyini əlavə edib: "Taciklər, bəluclar, puştunlar və həzaralar - hamısı bizim qardaşlarımızdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...