Səfir: ““Taliban” Əhməd Məsudu öldürmək niyyətindədir”

Səfir: ““Taliban” Əhməd Məsudu öldürmək niyyətindədir”
“Taliban” Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsudu öldürmək niyyətindədir.

APA-nın xəbərinə görə, bu barədə Əfqanıstanın Tacikistandakı səfiri Məhəmməd Zohir Aqbar RİA “Novosti”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, taliblər heç vaxt Pəncşirdəki müqavimət hərəkatının liderləri ilə danışıqlara getməyəcək: “Çünki onlar siyasətçi yox, terrorçudurlar. Hələ üç il əvvəl “Taliban” dünyanın bir çox ölkələrində qadağan olunmuş təşkilatlarının siyahısında idi”.

Məhəmməd Zohir Aqbar vurğulayıb ki, “Taliban” qarşı tərəflə danışıqlara hazır deyil.

Diplomat qeyd edib ki, taliblərin məqsədi Əfqanıstanı diz çökdürmək və müqavimət hərəkatının liderlərini, xüsusən də Əhməd Məsudu məhv etməkdir.

Qeyd edək ki, Pəncşir əyaləti Əfqanıstanda hakimiyyəti ələ keçirən taliblərə təslim olmayıb. Pəncşirdə müqavimət qüvvələrinə əfsanəvi səhra komandiri Əhməd şah Məsudun oğlu Əhməd Məsud rəhbərlik edir. O, Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehlə birgə “Taliban”ın hakimiyyətini qəbul etməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1241 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...